İnteraktiv dərs

IV "D" sinfinin şagirdləri Azərbaycan dili- dövlət dili fənninin dərsində “Bəxtiyar” filmindən fraqmentləri izlədilər.

İzləmə prosesində Azərbaycan dili müəllimi Sevil Heydərova və sinif müəllimi İlahə Hacıyeva şagirdlərə filmin məzmunu, əsas obrazları və dövrün mədəni konteksti haqqında məlumat verdi. Şagirdlər filmin musiqilərini öncədən bildikləri üçün səhnələri daha dərindən anlayıb və yaradıcı müzakirələr apardılar.

Bu fəaliyyət onların bədii və musiqi duyumunu inkişaf etdirməklə yanaşı, milli kinomuzun incilərindən birini yaxından tanımalarına da şərait yaratdı.

Dərs prosesi uşaqların müzakirələri və film haqqında fikir mübadiləsi ilə yekunlaşdı.

Şagirdlərin istəyi nəzərə alınaraq, gələcəkdə tammetrajlı film izlənilməsi də planlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi