Şahmat yarışı keçirildi

Şagirdlərin məntiqi təfəkkürünün formalaşdırılması və yaradıcı qabiliyyətinin inkişaf etdirilməsi üçün şahmat oyunun rolu əvəzsizdir. Şahmat oyunu şagirdlərə diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi və əvvəlcədən oyununun nəticəsini görməyi öyrədir. Uşaqlarda səbrlilik, özünü ələ almaq, dözümlülük hisslərini artırır. Bütün bunları nəzərə alaraq martın 17-də məktəbimizdə şahmat yarışı keçirildi. Məktəbin idman zalında baş tutan yarışda müxtəlif siniflərin şagirdləri iştirak edirdi. Yarışın baş hakimi məktəbin riyaziyyat müəllimi Arif Nəsirov və hakim isə fiziki tərbiyə müəllimi Nuriyyə Çuruqova təyin edildi. Şagirdlərimiz şahmat yarışında böyük həvəslə iştirak etdilər. Yarışda 5 "C" sinif şagirdləri Nərminə Cəfərova I yer, Süleyman Cəfərov isə II yeri tutmuşdur. 10 "B" sinif şagirdi Allahverdi Balabəy və 10 "A" sinif şagirdi Amil Zamanov isə III yerə layiq ğörülmüşlər. Qalibləri təbrik edir və onlara daha böyük uğurlar arzu edirik. Şahmat yarışlarının keçirilməsində məqsəd şagirdlərin məntiqi təfəkkürünün və yaradıcı qabiliyyətinin daha da inkişaf etdirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi