Novruz şənliyi keçirildi

Novruz bayramı Azərbaycan xalqının milli bayramlarından biridir. Yazın gəlişi, təbiətin, bütün canlı həyatın oyanışı və gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və ruhunu özündə əks etdirir. Bu münasibətlə 8 "B" sinif şagirdləri İngilis dili müəllimi Aybəniz İbrahimovanın rəhbərliyi ilə Novruz şənliyi keçirdilər. Şənlik zamanı şagirdlər bir-birindən maraqlı və rəngarəng ifalar, milli paltarlarda rəqs nömrələri nümayiş etdirdilər və novruzu tərənnüm edən şeirlər səsləndirdilər. Daha sonra Novruzun əsas atributlarından olan Kosa və Keçəl, həmçinin Bahar qızı səhnəyə gəldi. Onların öz aralarındakı dialoqları, duzlu-məzəli sözləri şənliyi daha da maraqlı etdi. Şagirdlərin hazırladığı Novruz bayarmının atributları olan səmənilər, şirniyyat xonçaları şənliyə xüsusi rəng qatdı. Təqdim olunan səhnəciklər, mahnı və rəqslər, Kosa və Keçəlin məzəli deyişməsi şənlik iştirakçılarına əsl bayram sevinci bəxş etdi. Sac üzərində yuxa bişirən milli geyimli qızlar el sənətinin qədimliyini bir daha yada saldılar. Bahar bayramı adət-ənənələri, inancları ilə çox zəngindir. Şənliyin keçirilməsində məqsəd xalqımızın adət-ənənələri yaşatmaq və gənc nəslə çatdırmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi