"Kitab böyük müəllimdir, sinəsində min aləm var." (Bəxtiyar Vahabzadə)

14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə məktəb kitabxanasında lV "A" sinfinin şagirdləri ilə mütaliə saatı keçirildi. Şagirdlər oxuduqları əsərlərdən epizodları canlandırdılar. Şifahi xalq ədəbiyyatının epik növünə aid atalar sözləri janrından nümunələr səsləndirdilər. Yarışın qalibləri kitabxana müdiri Nərgiz Əbilova tərəfindən bədii kitablarla mükafatlandırıldı. Məktəbin direktoru Sitarə Abbasova mütaliəsevər dördüncülərə kitablar bağışladı.
Məqsəd şagirdlərdə mütaliə həvəsini artırmaq və mütaliə mədəniyyəti formalaşdırmaqdır.