"Kəklik şahindən necə qaçdı" mövzusunda dərs dinlənildi

IV "Ç" sinfində tədris dili-rus dili fənnindən "Kəklik şahindən necə qaçdı" mövzusunda dərsi dinlədik.
Şagirdlər mətndəki hadisələri real həyatdakı hadisələrlə müqayisə etdi, ideyanı müəyyənləşdirdi, təsvirləri xarakterizə etdilər.
Sinif müəllimi Natalya Valuyeva müəllif Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının banisi kimi fəaliyyətindən danışdı.
Dərs işgüzar və fikir mübadilsi ilə zəngin mühitdə davam etdi. Şagirdlər Qafqaz dağlarında yaşayan yırtıcı quşlar, onların vərdişləri və xüsusiyyətləri haqqında məlumat mübadiləsi apardılar. Özlərini hekayə qəhrəmanın yerində təsəvvür edərək ideyanı və obrazın xüsusiyyətlərini müəyyənləşdirdilər.