Nihatın növbəti birinciliyi

Sağlam cəmiyyət sağlam gələcək deməkdir. Böyük idmana gedən yol uşaq idmanından başlandığından dövlətimizin idmana göstərdiyi diqqət də ildən ilə artmaqdadır. Uşaq idmanına dövlət tərəfindən göstərilən qayğı bu gün artıq öz bəhrəsini verir. Belə ki, hazırda həm paytaxt Bakıda, həm də bölgələrdə minlərlə uşaq, yeniyetmə və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Onlardan biri də məktəbimizin 2 "B" sinif şagirdi Nihat Cəfərovdur. Nihat hələ kiçik yaşlarından kikboksinq idman növü ilə məşğul olur. Yaşının az olmasına baxmayaraq həmişə iştirak etdiyi yarışlarda 1-ci yerlərə layiq görülmüşdür. Belə ki, Nihat “28 may Respublika günü”nə həsr olunmuş klublararası turnirdə 27 kq çəkidə, Xocalı Soyqırımına həsr olunmuş klublararası turnirdə isə 30 kq çəkidə 1-ci yerə layiq görülmüşdür. 5 mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə keçirilən yarışda da balaca kikboksçumuz ənənəsinə sadiq qalaraq birinciliyi əldən verməmişdir. Nihata gələcək yarışlarda da uğurlar arzulayır və ölkəmizi hər yerdə ləyaqətlə təmsil edərək, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmağı arzu edirik. Uğurların bol olsun, balaca idmançımız!