"Dərsin psixopedaqoji məsələləri" mövzusunda elmi seminar keçirildi

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə 07 fevral tarixində Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə "Dərsin psixopedaqoji məsələləri" mövzusunda elmi seminar keçirdi.

Seminarı məktəbin direktoru Sitarə Abbasova açdı. Sonra söz professor Hikmət Əlizadəyə verildi. Professor ənənəvi, fəal və interaktiv dərslərin fəlsəfəsini açıqladı, hafizə məktəbindən təfəkkür məktəbinə keçidin mahiyyətini izah etdi, bilikyönümlü dərs ilə səriştəyönümlü dərsin müqayisəli təhlilini verdi, fəal və interaktiv təlimin həyata keçirilməsini yaradıcı təfəkkürün formalaşması yolu kimi dəyərləndirdi. Bu kontekstdə B.Blumun təlim məqsədləri taksonomiyasına, Hovard Qardnerin intellekt nəzəriyyəsinə, J.Piajenin koqnitiv inkişaf nəzəriyyəsinə diqqəti cəlb edərək, həmin nəzəriyyələr kontekstində müxtəlif fənlərin tədrisində interaktiv təlim metodlarının tətbiqi texnologiyasına diqqəti cəlb etdi.

Sonda məktəb müəllimləri ilə fikir mübadiləsi keçirildi.

Məqsəd məktəbdə sağlam və keyfiyyətki işgüzar mühitə dəstək olmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi