"Könüllərdə yaşayan Qəhrəman" adlı şəhid tədbiri keçirildi

Məktəbin adını daşıdığı Milli Qəhrəman şəhid Abdulla Rəhimovun anım gününə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

Gecədə qonaq qismində şəhid Abdulla Rəhimovun bacısı Seninc Abdullayeva, Abdulla Rəhimovun komandanlıq etdiyi 776 saylı hərbi hissənin  döyüşçülərindən Milli Qəhrəman Fariz Qəhrəmanov və digər döyüş yoldaşları, Nəsimi Rayonu İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, NRİH İctimai-siyasi və humanitar əlaqələr şöbəsinin müdiri Bəybala Quliyev,  "1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru Kəmalə Abdullayeva, təlim-tərbiyə işlər üzrə direktor müavini Samirə Hüseynova, Bədii və ədəbi yaradıcılıq şöbəsinin müdiri Yeganə Əliyeva, həmin şöbənin metodisti Vəfa Ağayeva, Musiqi və xoreoqrafiya şöbəsinin müşayiətçisi Yavər Abbasov iştirak etdilər.

Ədəbi-bədii gecə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Ülkər Xəlilovanın təşkiçatçılığı ilə hazırlanmışdı.

"Vətənim Azərbaycan!" sərgisinə  baxış oldu. Vərənimizin bütövlüyü uğrunda canından keçən Vətən oğullarının xatirəsi anıldı, Dövlət Himni ilə başlayan tədbirdə vətənpərvər səhnəciklər nümayiş olundu.

Sonda qonaqlar çıxış etdilər. Məktəblilərə tövsiyələrini verdi və dolğun təqdimatlarına görə  təşəkkür etdilər.

Məqsəd şagirdləri vərənpərvərlik ruhunda tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi