Məktəbin gənc heyəti ilə görüş keçirildi

2 Fevral Gənclər Günü münasibətilə məktəbin gənc heyəti ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Sitarə Abbasova və məktəb həmkarlar təşkilatının sədri Günay Allahverdiyeva gəncləri təbrik etdilər. Onlara məqsədlərinə çatmaq üçün əzmli, inamlı olmağı, xidmətlərində məsuliyyətli və vətənpərvər olmağı tövsiyə etdilər. Gənclər Fəxri fərmanlarla və hədiyyələrlə təltif olundular.