Peşə seçimində şagirdlərə dəstək məqsədilə maarifləndirici görüş keçirildi

DİN Polis Akademiyasının nümayəndəsi polis leytenantı Asəf Hüseynov və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Yeganə Zeynalovanın iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirildi.

Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verildi. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi