“Şahinlər” hərbi idman oyunlarına hazırlıq

2016-2017-ci tədris ilinin fəaliyyət planına əsasən, “Şahinlər” hərbi idman oyunlarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə martın 16-da “Şahinlər” hərbi idman oyunlarının məktəb turu keçirildi.Tədbirdə təlimata uyğun olaraq 8 və 10-cu sinif şagirdləri iştirak etdilər. Müəyyənləşdirilmiş vahid formada iştirak edən komanda üzvlərinin hər biri boy sırası ilə nömrələnmiş və düzülmüşdülər. Əvvəlcə məktəbin hərbi rəhbəri məruzə etdi, sonra komanda öz bacarığını nümayiş etdirdi. Hərəkətlər komanda kapitanının göstərişi ilə icra olundu. “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi