Torpaq İnstitutuna ekskursiya

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsil Dəyərə Çevirək" devizi altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Ekologiya və Sağlmalıq"dır. Bu məqsədlə Torpaq İnstitutunda təşkil olunmuş ekskursiyada şagirdlərimiz iştirak etdilər. Ekskursiya zamanı şagirdlərə institutun əməkdaşları tərəfindən vətənimizin torpaq ehtiyatı, onun xüsusiyyətləri barədə ətraflı məlumat verilmiş, plakatlar, əyani vəsaitlər nümayiş olundu. Sonra şagirdlər laboratoriyada aparılan təcrübələrlə tanış oldular. Azərbaycan ərazisində yayılmış torpaq tipləri ilə, onları qidalandırmaq üçün istifadə olunan gübrə növləri ilə tanış oldular. Şagirdlər ekskursiyadan böyük təəssüratla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi