Evdə təhsil alan şagirdimiz Dəmirov Hüseynağa ilə bayram ərəfəsində görüşümüz

14. 03. 2017-ci il tarixində Novruz bayramı münasibətilə məktəbin evdə təhsil alan 8 "A" sinif şagirdi Dəmirov Hüseynağa Samir oğlunun evində qonaq olduq. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Qorodayeva Gülnar, HİK-nin sədri və sinif rəhbəri Qorçiyeva Mahirə, təsviri incəsənət müəllimi Əzimova Xədicə, coğrafiya müəllimi Quliyeva Püstə və ingilis dili müəllimi Bilalova Şəhla onunla bayram sevincini bölüşdülər. Hüseynağa evdə təhsil alsa da müxtəlif sahələrdə öz bacarığı ilə fərqlənir. Çəkdiyi rəsmlər isə onun rəssamlığa olan böyük marağından xəbər verir. Bayram ərəfəsində müəllimlərinin onlarda qonaq olması demək olar ki, Hüseynağa üçün böyük hədiyyə oldu. Məktəb rəhbərliyi tərəfindən “Xüsusi istedadına və qabiliyyətinə görə” hazırlanmış diplomun təqdim olunması isə şagirdimizin böyük sevincinə səbəb oldu. Ona sevdiyi bu işdə bol-bol uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi