"O, Naxçıvandır. Nəqşi - cahandır". İntellektual yarış keçirildi
"Naxçıvan ayı" çərçivəsində Vll və Vlll sinif şagirdlərinin arasında bu qədim diyarın zəngin mədəni və tarixi irsini öyrənmək və tanıtmaq məqsədilə intellektual yariş təşkil edildi. Yarış iştirakçıları fərdi və komanda şəklində müxtəlif mövzular üzrə suallara cavab verdilər. Suallar Naxçıvanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli şəxsiyyətləri, adət-ənənələri və təbiət möcüzələrini əhatə edirdi.
Yekunda "Naxçivana virtual səyahət" adlı video-çarx təqdim olundu.
Qalib şagirdləd diplomlarla təltif olundu.