"Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar" (Möminə xatun türbəsi)
Vll "A" sinif şagirdlərinin məktəb kitabxanasında baş tutan "Mütaliə saatı" "Naxçıvan ayı" na həsr olundu. Şagirdlər ümummilli lider Heydər Əliyev, klassik ədəbi şəxsiyyətlər: Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Xll əsr memarı Memar Əcəmi, hərbi xadim, general Cəmşid Naxçıvani haqqında məlumatları paylaşdılar.
Tarixi abidələr: Möminə xatun türbəsi Cami məscidi, Ağoğlan məbədi, Qeysəriyyə, Əshabi-Kəhf mağarası barədə də əl işlərini və araşdırmaları təqdim etdilər.
Məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illiyi ərəfəsində şagirdlərdə Naxçıvanın qədim türk diyarı olması haqqında dolğun məlumat yaratmaq oldu.