Bakı şəhər məktəblilərinin müəllifi olduğu "Heydər Əliyev və Azərbaycan tarixi" kitabının təqdimatı oldu

Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirildi. Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alındı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan tarixi" adlı növbəti kitab işıq üzü gördü.

Kitabda məktəbimizin şagirdi Zəhra Ağayeva "Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü" mövzusunda məqaləsi yer aldı. Şagirdimizin elmi rəhbəri tarix müəllimi Günay Allahverdiyeva oldu.

Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan və 2000-dən çox şagirdin hazırladığı monoqrafiyaların paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

Ənənəvi xarakterli bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi