"İşıqlı Zəfər" STEAM dərsi
V “C” sinif şagirdləri STEAM layihəsinin bugünkü dərsində elektrik enerjinin ötürücülüyünü öyrənərək alüminium folqadan istifadə etməklə Qarabağın işıqlı xəritəsini düzəltdilər.
Şagirdlər batareyadan uzanan naqilin bir ucunu aparıb xəritədəki ərazilərdən birinin folqa ilə dolu dəliyinə toxunurlar. Sonra cərəyan mənbəyindən çıxan digər naqilin ucunu şəhər adlarının yanındakı folqa ilə dolu dəliyə toxundururlar. Ərazi və şəhər adı kombinasiyası düzgündürsə, dövrə qapanır və led lampa işıqlanır. Səhv olarsa, dövrə tamamlanmır və led lampa işıqlanmır.
Məqsəd şagirdlərdə problemi həll etmə və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməkdir.