“Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi

14. 03. 2017-ci il tarixdə A. Rəhimov adına 247 №li tam orta məktəbdə tarix müəllimi Günay Allahverdiyevanın başçılığı altında Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi şagirdlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin ümummilli liderlə bağlı fikirlərinin, duyğularının dilə gətirilməsi, həmçinin onların düşüncə qabiliyyətinin, nitqinin və İKT-dən istifadə bacarığının formalaşdırılması məqsədilə ümumtəhsil məktəb şagirdləri arasında həyata keçirilməsi nəzərdə tutulan “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi. X-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqədə 7 nəfər şagirdin təqdimatı dinlənildi. İlk turu uğurla keçən məktəbin 10 "B" sinif şagirdi Qafarova Hökümə Yunus qızı nitqinin səlisliyi, ifadəliliyi, təqdimatı maraqlı formada qurduğuna görə növbəti turda iştirak etmək hüququ qazandı. Bu müsabiqədə şagirdimizə uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi