"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Hər şey övladımız üçün" başlığı altında sinif saatı keçirildi
V "B" sinfinin sinif rəhbəri Aynur Əkbərova sinif təşkilat saatına valideyn
Azərbaycan Tibb Universitetinin müəllimi, həkim-onkoloq İndira Səfərovanı dəvət etdi.
İndira xanım uşaqlarla gigiyena qaydaları, sağlam qidalanma, düzgün yuxu rejimi mövzularında söhbət apardı. Şagirdlər onlara maraqlı olan suallara cavab aldılar.
Məqsəd valideynlərin məktəblə səmərəli əməkdaşlığına nail olmaqdır. Onlarda sağlam həyat tərzini formalaşdırmaq və gələcək peşə seçiminə dəstək olmaqdır.