"Şəkillərlə danış" intellektual oyun keçirildi
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş Vll-Vlll sinif şagirdləri arasında "Şəkillərlə danış" intellektual oyun keçirildi. Komandalar şəklində yarışan şagirdlər şəkillərlə əks olunan atalar sözlərini, bayatıları, şeirləri tapdılar.
"Bərabər addımlar" - Vlll "C" sinfinin komandası l yerin qalibi oldu. Diplom və yaşıl kartlarla təltif olundu. "Həmrəylik ruhu" - Vll "B" sinfinin komandası ll yerin və "Güc halqası" - Vlll "B" sinfinin komandası lll yerin qalibi olaraq yaşıl kartlarla təltif olundular.
Məqsəd şagirdlərdə məntiqi təfəkkürü və mütaliəyə marağı artırmaqdır.