Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının və fənn müsabiqələrinin məktəb mərhələsi keçirildi
V sinif şagirdləri arasında keçirilən Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının məktəb mərhələsində 30 nəfər şagird iştirak etdi. 150 dəqiqə ərzində 30 qapalı sualı cavablandırdılar.
Vl-Vll sinif şagirdləri arasında keçirilən fənn müsabiqəsində 54 nəfər şagird iştirak etdi. Vl sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, Vll sinif şagirdləri riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə 150 dəqiqə ərzində hər birindən 40 qapalı sualı cavablandırdılar.
Məqsəd xüsusi istedadlı şagirdləri seçmək və növbəti mərhələlər üçün keyfiyyətli fəaliyyəti təşkil etməkdir.