İbtidai təhsil pilləsinin sinif müəllimləri ilə görüş keçirdilər

İbtidai təhsil pilləsində metodbirləşmə rəhbərləri Naidə İbrahimova və İlahə Hacıyeva  lV sinif müəllimləri ilə görüş keçirdilər.

Cari ilin oktyabr ayında IV siniflərdə oxuyub-anlama bacarıqları üzrə təşkil olunan qiymətləndirmənin nəticələri  müzakirə olundu. Sinif müəllimlərinə monotorinqin nəticələri ilə bağlı ətraflı məlumat təqdim olundu.

Qiymətləndirmə prosesinə 3 Azərbaycan, 1 rus bölməsi olmaqla ümumilikdə 5 sinif cəlb olunmuşdu. Hər iki bölmə üzrə ümumilikdə 146 şagirdin oxuyub-anlama bacarıqları yoxlanılmışdır. Şagirdlərin mətnin məzmununu anlama qabiliyyəti, mətndə verilmiş məlumatlar arasında əlaqə qurma bacarığı yoxlanılmışdır. Bununla yanaşı, onların mətnə əsaslanaraq suallara düzgün cavab vermə bacarıqları da qiymətləndirilmişdir. Qiymətləndirmə test sualları və açıq tipli tapşırıqlardan ibarət idi.

IV sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə aparılan bu qiymətləndirmə nəticələri müəllimlərə tədris strategiyalarını təkmilləşdirilməsində və şagirdlərin daha yaxşı nəticələr əldə etmələrinə şərait yaratmada faydalı rol oynaya bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi