Bərabər hüquqlar, aydın gələcək.
Gender zorakılığına qarşı mübarizə mövzusunda debat tədbir keçirildi.
Tədbirdə Nəsimi Rayonu İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, Nəsimi Rayonu Polis İdarəsinin Yetklik yaşına çatmayanlar üzrə iş sektorunun əməkdaşı Yeganə Zeynalova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli, AR ETN-nin Şamaxı Astrofizika İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli, məktəbin valideynləri və şagirdləri iştirak etdilər.
Tədbiri məktəbin direktoru Sitarə Abbasova açaraq ümumi təhsil müəssisəsinin bu istiqamətdə fəaliyyətindən və görüşün məqsədindən danışdı.
"Zorakılıq zəncirini birlikdə qıraq!" videoçarxı göstərildi.
Məsul qonaqlar maarifləndirici təqdimatlar etdilər. "Gender bərabərliyi", "Gender zorakılığı", "Hüquqlarımız və mental dəyərlərimiz", "Sağlam cəmiyyətin xüsusiyyətləri" mövzularında diskussiyalar apardılar.
Məqsəd bərabər hüquqların və aydın gələcəyin təmin olunmasında məktəb-ailə əməkdaşlığını daha səmərəli etmək oldu.