Azərbaycan Geologiya Muzeyinə ekskursiya

"Təhsili dəyərə çevirək” devizi altında ekoloji aylıqlar çərçivəsində məktəbin bir qrup şagirdi tarix müəllimi Günay Allahvediyevanın rəhbərliyi ilə Azərbaycanın ekoloji-geoloji problemlərini araşdırmaq məqsədilə Azərbaycan Geologiya Muzeyinə ekskursiyaya getdi. Muzeyin əməkdaşı Xalid müəllim şagirdləri muzeyin ekspozisiya zalında nümayiş olunan Azərbaycanın mineral-xammal sərvətlərini əks etdirən, dünyanın bir sıra regionlarından gətirilmiş 5000-dən artıq filiz, qeyri-filiz, inşaat materialları, bəzək, üzlük daşları, süxur, mineral, müxtəlif məzmunlu xəritələr, albomlr, bukletlər, fotostendlər və digər ekspontlarla tanış etdi. O, həmçinin Azərbaycan Respublikasının təbii zənginliyi haqqında geniş məlumat verdi.