“Təhsili Dəyərə Çevirək” devizi adı altında növbəti "Çərşənbə imərcliyi”

07. 03. 2017-ci il tarixində məktəbdə 6-cı sinif şagirdləri, müəllim və valideyn icmasının iştirakı ilə “Təhsili Dəyərə Çevirək” devizi adı altında növbəti “Çərşənbə iməcliyi” keçirildi. Bu gün xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan ilaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsidir. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bütün çərşənbələrdə olduğu kimi bu çərşəbədə də səliqə-səhman işləri görülür. Bu məqsədlə məktəbimizin şagirdləri də məktəbyanı sahədə təmizlik işləri apardılar. Yararsız taxta parçalarından düzəltdikləri quş evləri və yem qablarını isə məktəbyanı ərazidəki ağaclardan asdılar. “Ekologiyamıza dəstək ol, bizə qoşul!” devizi altında iməcliklərimiz davam edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi