“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirildi

07. 03. 2017-ci il tarixdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ingilis dili müəllimi Zümrüd Əliyeva məktəbin rus bölməsinin 2, 5, 6, 9 və 10-cu sinif şagirdləri ilə birgə tədbir hazırladı. Tədbirdə ingilis dilində analara həsr olunmuş şer və mahnılar səsləndi, tapmacalar deyildi. Balaca fidanların ifasında mahnı ifa olundu və rəqs nümayiş etdirildi. 2 "C" sinif şagirdi Emiliyanın skripkada möhtəşəm ifası tədbir iştirakçılarının alqışlarına səbəb oldu. Şagirdlərin müəllimlərin şəkillərindən hazırladıqları videoçarx onların pedaqoqlarına olan məhəbbətini bir daha sübut etdi. Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda müqəddəs varlıq sayılan anaya olan sevgini hörməti aşılamaq, cəmiyyətin aparıcı qüvvəsi olan qadınlar haqqında, onların bəşər tarixində olan rolunu bir daha şagirdlərə çatdırmaq idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi