“İpə-sapa düzülməmiş incilər” lahiyəsi

10. 03. 2017-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimi İbrahimova Esmiranın rəhbərliyi ilə "Təhsili dəyərə çevirək" devizi altında şifahi xalq ədəbiyyatından “İpə-sapa düzülməmiş incilər” layihəsi həyata keçirildi. Layihədə 7 "A" sinfinin şagirdləri iştirak etdilər. Layihədə şagirdlər elin yaddaşında süzülüb qalan bayatıları, tapmacaları, atalar sözlərini tədbir iştirakçılarına xatırlatdılar. Şagirdlər şifahi xalq ədəbiyyatı nümunəsi əsasında yazıb-yaradan dahi klassik şairimiz N. Gəncəvinin “Sirlər xəzinəsi” əsərindəki “Kərpickəsən kişinin dastanı” əsasında hazırlanmış səhnəciyi nümayiş etdirdilər. Nənələrimizin söz boxçasında ilişib qalan toy adət-ənənələrindən olan “haxışta”nı layihə iştirakçılarına təqdim etdilər. Layihənin sonunda Azərbaycan xalq mahnısı olan "Sarı gəlin" ifa olundu. Layihənin keçirilməsində məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşdırılmaq, onlarda şifahi xalq ədəbiyyatına olan marağı artırmaq, milli adət-ənənələrimizi qoruyub saxlamaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi