IV “D” sinfi Suraxanı Gəmi-Muzeyində və Zooloji muzeydə
IV “D” sinfinin şagirdləri asudə vaxtlarını səmərəli təşkili üçün Suraxanı Gəmi-Muzeyinə və Zooloji muzeyinə maarifləndirici ekskursiya təşkil olundu.
Şagirdlər bu muzeylərdə Azərbaycanın zəngin dənizçilik tarixi və təbiət müxtəlifliyi ilə yaxından tanış oldular. Suraxanı Gəmi Muzeyində onlar dənizçilik tarixi, qədim gəmi nümunələri və dənizçilik mədəniyyəti haqqında məlumat əldə etdilər. Zooloji Muzeydə isə şagirdlər Azərbaycan faunası və müxtəlif heyvan növlərini öyrənərək, ölkənin təbii zənginlikləri barədə biliklərini genişləndirdilər. Bu ekskursiya şagirdlərdə elmi və tarixi biliklərə marağı artırdı.
Sinif rəhbəri: İlahə Hacızadə