Dərsliklərdən düzgün istifadənin monitorinqi aparılır
Dərsliklərin şagirdlər tərəfindən düzgün istifadə olunmasına, səliqəli saxlanılmasına nəzarət məqsədilə kitabxana müdiri Nərgiz Əbilova və kitabxanaçı Jalə İbadova tərəfindən dərsliklərə baxış keçirildi.
Kitabların təmiz və səliqəli saxlanması üçün tövsiyələr verildi. Yararsız vəziyyətə salınmış kitablara görə hansı cavabdehliyin olması haqqında maarifləndirici söhbət aparıldı.
Məqsəd dərsliklərin qorunub-saxlanması və növbəti illərdə də səmərəli istifadəsini təmin etməkdir.