Nümunəvi dərs

Məktəbin Azərbaycan dili və ədəbiyyat metodbirləşmə rəhbəri Sevda Məmmədova Azərbaycan dili fənnindən nümunəvi dərs verdi. Dərsin keçirilməsində məqsəd aparılan dərs dinləmələrdə müşahidə olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində nümunənin paylaşılması idi.

Dərsin mövzusu "Niyazi" mətninin məzmunu üzərində iş idi. Sevda müəllimə hazırladığı dərs icmalına uyğun alt standartların reallaşdırılmasına yönəlik dərs prosesini qurdu. Qiymətləndirmə meyarlarına əsasən şagirdlərin təlim nəticələrinə müasir təlim üsulları ilə necə çatıla biləcəyini göstərdi.

Dərsin sonunda dərsin qarşıya qoyulan hədəfə çatıb-çatmaması müzakirə olundu.

Təkliflər dinlənildi. Dərsin güclü bə zəif tərəfləri müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi