V gün – məktəbdaxili "Təhlükəsizlik günü"

Şagird təhlükəsizliyinin təmin olunması məqsədi ilə “Təhlükəsizlik günü” adı altında “Bullinqə son!“ mövzusunda Vll-Vlll sinif şagirdləri ilə maarifləndirici seminarlar keçirildi.

Məktəbin psixoloqu Gülbəniz Hüseynova və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Gülnar Qorodayeva şagirdlərlə bullinqin nə olduğunu və hansı fəsadlara səbəb ola biləcəyini müzakirə etdilər.

Bildirdilər ki, şifahi qısnama, fiziki təzyiq və hər hansı bir məsələ, hadisə ilə bağlı şəxsin iradəsinin ziddinə fəaliyyət bullinq sayılır. Eləcə də, sosial və maddi durumu zəif olan şagirdlərə qarşı yönələn təzyiqlər də bullinqin yaranmasına vəsilə olur.  Yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə gətirib çıxara biləcəyini qeyd etdilər, bundan yarana biləcək  fəsadlar haqqında danışdılar.

Görüşlərdə eyni zamanda mövzuya həsr olunmuş maarifləndirici videoçarx da nümayiş olundu.

Sonda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənildi. Bullinqə qarşı mübarizə yolları araşdırıldı.

Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi