V-XI siniflərin sinif rəhbərləri ilə görüş keçirildi.
Görüşdə məktəbin inzibati heyəti sinif rəhbərləri ilə sinifdaxili təhlükəsiz mühiti, şagird davranış qaydalarına əməl olunmasını, öyrənmə mühitini, elektron jurnalların işlənməsini müzakirə etdilər. Monitorinqlər zamanı müşahidə olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verildi. Görülməli işlər müəyyənləşdirildi.
Məqsəd sinifdaxili sağlam, işgüzar mühitin formalaşdırılmasıdır.