Qobustan Dövlət Bədii Qoruğuna ekskursiya
IV “D” sinfinin şagirdləri asudə vaxtlarını Qobustan Dövlət Bədii Qoruğuna ekskursiya etməklə keçirdilər.
Ekskursiyanın əsas məqsədi şagirdlərə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də Qobustanın qədim dövrlərə aid abidələri haqqında biliklər vermək, onların təbiət və tarixlə bağlı məlumatlarını artırmaq idi.