Ümumi təhsil müəssisəsində şagird təhlükəsizli istiqamətində maarifləndirmə işləri aparıldı
Məsul şəxslər: uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Gülnar Qorodayeva, məktəbin psixoloqları: Gülbəniz Hüseynova və Sürahi Əliyeva, təsərrüfat işləri üzrə direktor müavini Tural Hacıyev tərəfindən həftə ərzində şagirdlərlə görüşlər keçirdilər. Fövqəladə hallar zamanı davranış qaydaları, qadağan olunmuş əşyaları məktəbə gətirməmək, dərslərə gecikməmək, şübhəli hallarda növbətçilərə yaxınlaşmaq haqda məlumatlar verdilər.
Məqsəd ümumi təhsil müəssisəsində təhkükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasıdır.