Ekologiya aylığı
Ümumi təhsil müəssisələrində keçirilən "Ekologiya aylığı" çərçivəsində məktəbin təbiət müəllimi Nərmin Hüseynzadə “Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması” mövzusunda "Nümunəvi dərs" verdi.
VI "C" sinfinin şagirdləri mövzu ətrafında apardıqları araşdırmalar əsasında təqdimatlar hazırladılar. Təqdim etdilər və fikir mübadiləsi etdilər.
Məqsəd şagirdlərdə ətraf aləmə qayğı hissləri formalaşdırmaq, müstəqil işləmək bacarıqları formalaşdırmaqdır.