Oktyabr ayı ümumi təhsil müəssisələrində "Ekologiya aylığı" elan olunub
Məktəbin Vll, Vlll lX, X sinif şagirdlərinin cəlb olunduğu “Yaşıl enerji növlərinin yaradılması, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə” mövzusunda inşa-esse müsabiqəsi keçirildi. Şagirdlər məktəbin kitabxana fondundan və elektron kitabxanadan istifadə edərək yazdıqları inşa-esseləri təddim etdilər.
İşçi qrupu tərəfindən meyarlara uyğun ən yaxşı yazılar seçiləcəkdir. Həmin şagirdlər "Yaşıl kartlarla" dəyərləndiriləcəkdir.
Məqsəd şagirdlərin dünyagörüşünün artırılması, istedad və bacarıqların üzə çıxarılmasıdır.