"Bir şəhid hekayəsi!"

Vətən müharibəsində Hadrud uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər İsmayıl Kərimli Ceyhun oğlunun anım gününə həsr olunmuş "Bir şəhid hekayəsi" adlı ədəbi-bədii gecə keçirildi.

Tədbirdə qonaq qismində Nəsimi Rayonu İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi Rayon Şöbəsinin sədri Azər Quliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, şəhid əsgər İsmayıl Kərimlinin ailə üzvləri, eyni zamanda Nəsimi rayonu sakini digər şəhid ailələri iştirak etdilər.

Şagirdləri təqdimatında vətənpərvər ruhda şeirlər söyləndi, səhnəciklər canlandırıldı, rəqs kompozisiyası təqdim olundu. Sözləri Pənah Əliyevə, musiqisi Oqtay Zülfüqarova aid "Azərbaycan əsgəri" mahnısı və sözləri Sabir Rüstəmxanlı, musiqisi Elçin Cəfərova aid "Millətəm" marşı ifa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qələbə müjdəli çıxışı və "Qələbə yürüşü" ilə sona yetdi.

Tədbirin sonunda qonaqlar tədbir iştirakçılarına ürək sözlərini bildirdi və vətənpərvər ruhda çıxışlar etdilər.

Məqsəd şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi