Dekart dalğıcı

VI "C" sinfin şagirdləri STEAM layihəsinin növbəti dərsində sualtı qayıqların iş prinsipini nəzərə alaraq Dekart dalğıcını hazırladılar.

Su ilə doldurulmuş ağzı bağlı plastik qabı sıxarkən yüksək təzyiqdən dalğıcın daxilindəki hava ilə dolu olan hissəyə su dolmağa başlayır və beləcə o ağırlaşır. Bu səbəbdən də dalğıc suyun dibinə doğru hərəkət etməyə başlayır. Beləcə suyun kütləsinin havanın kütləsindən çox olmasını müşahidə edirik və dalğıc qabın daxilində təzyiq artdığından suyun dibinə enir. Əksinə sıxdığımız qabı buraxdıqda təzyiq azalır və dalğıcımız suyun üstünə qalxır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi