Məktəbəqədər hazırlıq qruplarının Azərbaycan və rus bölmələrində monitorinq

Məktəbdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarının Azərbaycan və rus bölmələrində monitorinqə başlanılmışdır. Monitorinqin aparılması üçün təlim-tərbiyə işləri üzrə direktor müavini, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri, psixoloq və rus bölməsinin müəllimindən ibarət komissiya yaradılmışdır. Yoxlama zamanı şagirdlərin şəkil üzrə mətn qurub danışmaq bacarığı, sadə riyazi təsəvvürləri, ətraf aləmlə, yaşıdları və böyükləri ilə münasibətləri, təbiət və cəmiyyət haqqında anlayışları, musiqi duyumları üzrə anlayışları müəyyən edildi. Məktəbin psixoloqu müəllim-şagird, şagird-şagird münasibətləri zamanı zəruri olan amilləri nəzərə alaraq şagirdlərlə sorğu apardı. Şagirdlərin bədii təfəkkürün inkişafının yoxlanılması məqsədilə şeirlər, nağıllar, tapmacalar, fəsillər, dövlət rəmzləri, ev heyvanları, vəhşi heyvanlar və s. haqqında ilkin bilikləri yoxlanıldı.