"Yaşıl dünya naminə həmrəyik!"
Yeni tədris ilin ilk dərsləri “Yaşıl dünya naminə həmrəylik” mövzusunda keçirildi. Şagirdlərə ekoloji problemlər, təbiətin qorunması, ətraf mühitin çirklənməsi, meşələrin qorunması və s. mövzularda geniş məlumat verildi və slaydlar nümayiş olundu.
Dərslərin keçirilməsində məqsəd atmosfer çirklənməsi ilə iqlim dəyişikliyi arasındakı əlaqəni, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının mahiyyətini müəyyən etmək, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.