Yeni dərs ilinin başlanması münasibətilə "Bilik günü" tədbiri keçirildi.
Tədbirdə qonaq qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimai əlaqələr sektorunun əməkdaşı Xədicə Məmmədova, Nəsimi Rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Hüseyn Əliyev, şəhid İsmayıl Kərimlinin ailəsi: Ceyhun Kərimli və Rəna Kərimli iştirak etdilər.
Məktəbin direktoru Sitarə Abbasova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. S.Abbasova yeni dərs ilində təhsil müəssisəsinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən bəhs edib. Digər iştirakçılar yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib. Birincilərin ilk zəngi səsləndirməsi ilə 2024-2025-ci il tədris ilinə start verilib.