Yeni tədris ilinə hazırlıq işləri görülür

Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri ilə metodbirləşmə iclası keçirildi.

Gündəlikdə duran məsələlər illik tematik planın hazırlanması, gündəlik dərs planlarının necə yazılması və diaqnostik qiymətləndirmənin səmərəli keçirilməsi oldu.

Fənn metodbirləşmə rəhbəri Sevda Məmmədova təlimlərdə əldə etdiyi bilikləri və yeni məlumatları həmkarları ilə paylaşdı. Nümunələr əsasında müzakirə aparıldı.

Məktəbin direktoru Sitarə Abbasova 2024-2025-ci tədris ilinin prioritet istiqamətlərini müəllimlərə çatdırdı. Azərbaycan dilinin dövlət dili kimi tədrisi vəziyyətinin yaxşılaşdırılması, ibtidai təhsil səviyyəsində tədris dilinin keyfiyyətli tədrisi, 2023-2024-cü tədris ilində zəif mənimsənilmiş mövzulara aid bilik-bacarıqların yaxşılaşdırılması istiqamətində tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi