"Ümumdünya Mülki Müdafiə" günü

01. 03. 2017-ci il tarixində məktəbdə "Ümumdünya Mülki Müdafiə" gününə həsr olunmuş tədbir keçirildi. Tədbirə məktəbin rəhbər, hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis və şəxsi heyəti, habelə, MM qüvvələrininə cəlb olunmayan işçilər, o cümlədən bəzi şagirdlər cəlb olunmuşdur. Bu tədbirin keçirilməsində əsas məqsəd məktəbin bütün şəxsi heyətinin MM üzrə nəzəri biliklərinin və əməli vərdişlərinin artırılması olmuşdur. Şagirdlər yanğın zamanı yanğınsöndürmə alətləri ilə məharətlə yanğını söndürməkdə iştirak etdilər. Daha sonra məktəbin akt zalında süni zəlzələ yaradıldı, şagirdlər müxtəlif mövqelərdə yerlərini aldılar və təbii fəlakət zamanı hansı vəziyyətin doğru olduğunu izləyənlərə nümunə olaraq göstərdilər. Məktəbin GÇHH müəllimi Mehdiyev Zülfüqar şagirdlərə fövqəladə hallar zamanı hansı adımların atılacağı barədə dəqiq məlumat verdi.
Daha sonar məktəbin stadionu ərazisində şərti yanğın vəziyyəti yaradılıb. Şagirdlər yanğınsöndürmə alətlərindən məharətlə istifadə edərək yanğını söndürülməsində iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd məktəbin şəxsi heyətinin MM üzrə nəzəri biliklərinin və əməli vərdişlərinin artırılmasından ibarətdir.