"Təhsilverənlərin etik davranış Qaydaları" müəssisədə çalışan təhsil işçilərinə çatdırıldı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə ümumi təhsil müəssisəsində çalışan təhsil işçiləri məlumatlandırıldı.
"Təhsilverənlərin etik davranış Qaydaları" nın ümumi müddəaları, təhsilverənlərin etik davranış prinsipləri, təhsilverənlərin xidməti davranışı zamanı əməl olunmalı davranış normaları oxundu. Bildirildi ki, etik davranış qaydalarına hər bir təhsil işçisi riayət etməlidir. Vəzifədən sui-istifadə hallarına, korrupsiyaya yol verilməməlidir. Təhsilalanlar korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirilməlidir. Təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borclu olduğunu fəaliyyətində unutmamalıdır.