21 fevral “Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş tədbir

21. 02. 2017-ci il tarixində məktəbdə 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi sevək, qoruyaq” tədbir keçirildi. Tədbiri Azərbycan dili və ədəbiyyat müəllimi Abdullayeva Kubranın rəhbərliyi ilə X-XI sinif şagirdləri hazırlamışdılar. Tədbirin aparıcıları ana dilinin yaranması, onun mənşəyi, paklığı, gözəlliyindən danışaraq, dilimizin dövlət dili kimi tanınmağında Ulu öndər H. Əliyevin xüsusi rolunu vurğuladılar. Tədbir şagirdlərin hazırladığı bir-birindən maraqlı çıxışlar ilə davam etdi. Şagirdlər Ana Dili günü ilə baglı şair və publisistlərin şeirlərini, aforizmlərini, əsərlər əsasında hazırlanmış səhnəcikləri nümayiş etdirdilər. Tədbir ilk çərşənbəyə təsadüf etdiyi üçün şagirdlər özləri hazırladıqları bayram xonçasını iştirakçılara təqdim etdilər. Tədbirin sonunda məktəbin direktoru N. Hacıyeva çıxış edərək bütün iştirakçılara öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi