Vittorio Monti "Çardaş". Əli Kərimli.

Vlll "C" sinfində təhsil alan Əli Kərimli M. Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin Xalq çalğı şöbəsinin "Qanun" sinfində musiqi təhsili alır. Hazırda 5-ci sinif tələbəsidir.
Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyada M.Maqomayev adına onbirillik musiqi məktəbinin 45 illik yubiley konsert proqramında iştirak edibdir.
Vittorio Montinin "Çardaş" musiqisini ifa edibdir.
Şagirdimizin parlaq istedadının uğurlarla davam etməsini arzu edirik.