“Bir yurd vardır-Xocalı" mövzusunda bədii qiraət müsabəqəsi

24. 02. 2017-ci il tarixində Bakı şəhərinin təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd edilməsi ilə əlaqədar yaradılmış fəaliyyət planından irəli gələn "Bir yurd vardır-Xocalı" mövzusunda bədii qiraət müsabəqəsi keçirildi. Müsabiqədə həm azərbaycan, həm rus bölməsinin şagirdləri iştirak edirdi. Müsabiqədə iştirak edənləri qiymətləndirməkdən ötrü münsiflər heyəti yaradılmışdı. Təyin olunmuş meyarlara əsasən ballar hesablanmış, müsabiqənin qalibləri elan olunmuş, 3 nominasiya üzrə müxtəlif dərəcəli diplomlarla təltif edilmişdir.