15 May Beynəlxalq Ailə Günü 23 məktəbin ailəsi ilə qeyd olundu

15 May Beynəlxalq Ailə Gününə həsr olunmuş "Hər ailə bir dəyərdir" adlı tədbir keçirildi.
Tədbir Nəsimi Rayonu İcra Hakimiyyəti və Abdulla Rəhimov adına 247 nömrəli məktəbin birgə təşkilatçılığı ilə baş tutdu.
Nəsimi rayonu ərazisində yerləşən 23 məktəb məktəbin direktoru və bir ailəsi ilə təmsil olundu. Nəsimi rayonunun ictimaiyyəti, şəhid ailələri, qazilər də tədbirdə iştirak etdilər. Ailələr "Təşəkkürnamə" ilə təltif olundular.
Məqsəd ailə dəyərlərinin qorunub-saxlanması, ailə-məktəb əməkdaşlığının artırılması oldu.