Tətil günlərinin səmərəli təşkili
Məktəbimizin l "C" sinif şagirdləri sinif müəllimi Larisa Jilkovanın təşkilatçılığı ilə "Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi"nə səyahət etdilər.
Onlar burada Qala kəndinin qədim tarixi ilə, qədim evlər və əşyalarla, milli xalçaçılıq, çörəkbişirmə, dulusçuluq, dəmirçilik kimi sənətlərlə yaxından tanış oldular və bu sahədə öz bacarıqlarını nümayiş etdirdilər. Sonra isə "Tullantıdan İncəsənətə" adlı muzeyə səyahət etdilər. Buradakı əl işləri şagirdlərdə böyük maraq yaratdı.
Məqsəd şagirdləri Azərbaycanın tarixi abidələri ilə tanış etmək və onlarda geniş dünyagörüşü formalaşdırmaq oldu.