"Sağlam gələcək səndən asılıdır" - maarifləndirici görüş keçirildi

Nəsimi Rayonu Polis İdarəsi və Nəsimi Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə lX-Xl sinif şagirdləri ilə görüş keçirildi.

Görüşdə 100 nəfər şagird iştirak etdi. Görüşü məktəbin direktoru Sitarə Abbasova açdı. Görüşün məqsədi və məsul qonaqlar barədə şagirdləri məlumatlandırdı. 

Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayev çıxış etdi. Narkomaniyanın fəsadları, zərərli vərdişlərdən qorunmanın yolları, sosial şəbəkələrdən gələ biləcək ziyanlar, sağlam gələcəyin qurulmasında təhsilin müstəsna rolundan danışdı.

Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısının müavini, Narkomaniya və narkotik vasitələrdən mühafizə üzrə komissiyanın sədri Zahid Xəlilov çıxış etdi. Belə maarifləndirici görüşlərin əhəmiyyətini vurğuladı. Şagirdlərə narkotik vasitələrdən uzaq durmağı, təbliğatlara uymamağı və idmanla məşğul olmağı, mütaliə etməyi tövsiyə etdi.

Polis İdarəsinin digər əməkdaşları da çıxışlar etdilər. Erkən nigahın fəsadlarından, reproduktiv sağlamlıqdan, yol təhlükəsizliyindən, internetin təhlükələrindən, zərərli vərdişlərin hər insanın gələcəyinin məhv olmasına səbəb olmasından danışdılar.

Görüşün sonunda maarifləndirici tezislər şagirdlərə paylandı. Tövsiyə olundu ki, bu görüşdə əldə edilən maarifləndirici məlumatlar ailələrinə və həmyaşıdlarına da çatdırılsın.

Məqsəd şagirdlərin zərərli vərdişlərdən uzaq tutulması və narkomaniya, narkotik vasitələrin ölümcül səbəbləri barədə onları maatifləndirmək oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi